Tələbə Qəbulu üzrə Dövlət Komisisyasının bu il ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanları bitdi. İmtahanlarda keçid balı topyaraq iştirak edən 38763 abituriyentdən 32196 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Modern.az eyni zamanda Azərbaycanda müxtəlif hərbi məktəblərə nə qədər tələbənin qəbul olunduğunu araşdırıb.
Daxili İşlər Nazirliyinin Polis Akademiyasına bu il 150 nəfər qəbul olunub. Akademiyadan bildirilib ki, bu il qəbul olunananlar arasında qızlar yoxdur. “Amma ümumulikdə Akademiyada 11 qız əyani təhsil alır. Amma qiyabi təhsil alan qızların sayı da çoxdur”.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasına isə 100 nəfər qəbul olub. Qəbul olan tələblərdən 50-si Həyat fəaliyyətinin təhlükəsizliyi, 50-si isə Yanğın təhlükəsizliyi ixtisaslarında təhsillərini davam etdiricəklər. Burada da bu il və və keçən il qəbul olunanamlar arasında qızlar olmayıb.
Dövlət Gömrük Komitəsinin Akademiyasından isə bildiriblər ki, onlara Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən siyahı gəlmədiyi üçün bu il nə qədər tələbənin daxil olduğunu bilmirlər.
Aytən ZƏHRA