Modern.az

Cinayətkar 20 dəqiqəyə 3 oğurluq və 1 qətl törətdi

Cinayətkar 20 dəqiqəyə 3 oğurluq və 1 qətl törətdi

Təhsil

14 Avqust 2015, 12:08


Rusiyanın Moskvaətrafı regionunda 44 yaşlı cinayətkar qısa müddətdə silsilə cinayətlər törədib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, adı açıqlanmayan 44 yaşlı şəxs öncə Voskresensk rayonunun Stepanşino kəndində ərzaq mağazasına hücum edib.

Üzərindəki bıçaqla mağaza satıcısı olan qadını qətlə yetirən şəxs eyni küçədə yerləşən daha bir mağazaya hücum çəkib. Bu dəfə o, tapança ilə hədə-qorxu gələrək satıcıların əl-qolunu bağlayıb və kassadakı 7 min rubl pulu oğurlayıb.

Nəhayət, kənddəki poçt məntəqəsinə gələn cinayətkar xanım işçini tapança ilə hədələyərək onun qızıl-zinatə əşyalarını və məntəqəsindən  20 min rubl pulu oğurlayaraq ərazidən qaçıb.  

Qeyd edək ki, cinayətkar bütün bu əməlləri 20 dəqiqəyə edib.   Moskva polisi “Kutuzovsk” metrostansiyası yaxınlığında cinayətkarı yaxalamağa müvəffəq olub.  

Vüqar İsmayılov 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama