Tbilisi Kiyevdən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığı verilməsi ilə bağlı faktın rəsmən təsdiqlənməsini gözləyir. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ədliyyə naziri Teya Tsulukiani deyib ki, bundan sonra Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum ediləcək.
Onun sözlərinə görə, Gürcüstan qanunvericiliyində ikili vətəndaşlıq nəzərdə tutulmayıb.
Saakaşvili mayın 29-da Ukrayna vətəndaşlığı alıb. Bir gün sonra həmin sənəd prezident Pyotr Poroşenkonun saytında yerləşdirilib. Sonra Gürcüstanın keçmiş prezidenti Odessa vilayətinin qubernatoru təyin edilib.
Ukrayna da ikili vətəndaşlığı qəbul etmir.
Modern.az