Modern.az

Yunanıstana 3-cü dəfə kredit veriləcək

Yunanıstana 3-cü dəfə kredit veriləcək

Təhsil

14 Avqust 2015, 12:40



Yunanıstan parlamenti kredit verənlərlə yeni razılığı təsdiq edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni razılaşma Yunanıstan hökumətinə 85 milyard dollar dəyərində 3-cü kredit tranşı almağa imkan verir.

Gecə saat 2-də başlayan parlament iclası bir neçə saatlıq müzakirədən sonra yekdilliklə kredit razılaşmasını və onun şərtlərini təsdiqləyib. Bunun sayəsində təcili olaraq 3,2 milyard, yaxın aylarda isə 25 milyard avro vəsaitin ayılması baş tutacaq.   Bundan əvvəlki  iki razılaşma əsasında Yunanıstan hökumətinə beynəlxaql kredit verənlər 240 milyard avro ayırıblar, lakin həmin vəsait yunan iqtisadiyyatını böhrandan çıxarmağa imkan verməyib.    

Vüqar İsmayılov
     
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama