Modern.az

Səhiyyə Nazirliyi özəl klinikalara xəbərdarlıq etdi

Səhiyyə Nazirliyi özəl klinikalara xəbərdarlıq etdi

Təhsil

14 Avqust 2015, 13:37

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə növbəti ciddi xəbərdarlıq edib. Modern.az saytı xəbər verir ki, Səjiyyə Nazirliyi mətbuat xidmətinin yaydığı xəbərdarlıqda deyilir:

“Özəl tibb müəssisələri tərəfindən xarici tibb mütəxəssisləri dəvət edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.1999-cu il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası”na uyğun olaraq həmin ali və ya orta tibb işçiləri üçün Səhiyyə Nazirliyindən şəhadətnamə alınmalıdır. Şəhadətnamə, dəvət edilmiş əcnəbinin tibb mütəxəssisi olmasını müəyyənləşdirən və onun Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə sənəddir.
Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd edilən tələblərə riayət etməyən şəxslər qanunla müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşıyacaqlar”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama