Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının sabiq komandanı Vladimir Çirkin 5 il müddətinə azadlıqdan məhrum edilib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, keçmiş ordu komanadanı 20 min dollar rüşvət almaqda ittiham olunurdu. Bundan başqa, Çirkin daşıdığı general-polkovnik hərbi rütbəsindən və bütün medallardan məhrum edilib.
İstintaqın məlumatına görə Vladimir Çirkin 2008-ci ildə Moskva hərbi dairəsi üzrə komandir müavini olan zaman keçmiş hərbçiyə Rusiya Müdafiə Nazirliyinin hesabına mənzil almaqda köməklik edib. Xidmətləri müqabilnidə Çirkin 450 min rubl (20 min dollar) rüşvət almışdı. Artıq keçmiş generalın vəkilləri məhkəmə qərarından appelasiya verəcəklərini bildiriblər.
Vüqar İsmayılov