Modern.az

Cavad Heyətin qəbirüstü abidəsinin açılışı olub - FOTO

Cavad Heyətin qəbirüstü abidəsinin açılışı olub - FOTO

Təhsil

14 Avqust 2015, 15:41


Bu gün İkinci Fəxri xiyabanda görkəmli türkoloq alim və ictimai xadim, dünya şöhrətli cərrah, professor Cavad Heyətin qəbirüstü abidəsinin açılışı və xatirəsini anma mərasimi keçirilib. 

Modern.az xəbər verir ki, açılışda İranın Azərbaycandakı səfirliyinin əməkdaşları, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Humanitar elmlər bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, mərhumum ailə üzvləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bildirib ki, Cavad Heyət görkəmli həkim, tanınmış publisist və ədəbiyyatşünas, Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü olub. Bu böyük şəxsiyyətin ümumilikdə Azərbaycan üçün gördüyü işlərdən söhbət açan Rafael Hüseynov diqqətə çatdırıb ki, bir çox cərrahi əməliyyatlar məhz onun adı ilə bağlıdır.

Elmin NURİ  
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama