Modern.az

FHN zərərçəkən qusarlılara ev verdi

FHN zərərçəkən qusarlılara ev verdi

Təhsil

14 Avqust 2015, 17:22


Qusar rayonunun Urva kəndi ərazisində torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş sakinlər üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilmiş 15 fərdi yaşayış evi avqustun 14-də istifadəyə verilib.

Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib ki, evlərin təhvil verilməsi münasibətilə təşkil olunmuş mərasimdə FHN-nin əməkdaşları, Qusar Rayon İcra Hakimiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edib.

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi polkovnik-leytenant Şahin Mirzəyev Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü sosial siyasət nəticəsində hər bir azərbaycanlının həyat səviyyəsinin yüksəldiyini bildirmiş, təbii fəlakət nəticəsində evləri zərər görmüş kənd sakinləri üçün istifadəyə verilmiş mənzillərin buna bariz nümunə olduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, Qusar rayonu Urva kəndində 2009-cu ildə baş vermiş torpaq sürüşməsinin 2010-cu ildə yenidən aktivləşməsi nəticəsində evlər qəzalı vəziyyətə düşmüş, kənd rayon mərkəzindən 10 kilometr uzaqlıqda və dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşdiyindən tikinti materiallarının daşınması zamanı, xüsusilə payız-qış aylarında bəzi çətinliklər yaranıb.

Buna baxmayaraq FHN-in əməkdaşları tikinti işlərini vaxtında və uğurla başa çatdırıb. Yeni tikilən 15 evin inşaat işləri yüksək səviyyədə həyata keçirilib və müasir tələblərə tam cavab verir.


Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama