Modern.az

YAP-ın Mərkəzi Seçki Qərargahına kim rəhbərlik edəcək? - AÇIQLAMA

YAP-ın Mərkəzi Seçki Qərargahına kim rəhbərlik edəcək? - AÇIQLAMA

Ölkə

14 Avqust 2015, 18:09

 

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Qərargahı artıq fəaliyyətə başlayıb.   Bəs YAP-ın Mərkəzi Seçki Qərargahına kim rəhbərlik edəcək?  

YAP-ın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Modern.az-a açıqlamasında bildirib ki, bu məsələ zamanı gəldikdə aydınlaşacaq:  

“Ancaq bütövlükdə götürdükdə, YAP özü partiya namizədinin seçki qərargahı hesab olunur. Artıq seçki qərargahlarının üzvləri müəyyənləşib, onlara treninqlər keçirilib, iş bölgüsü aparılıb.

Partiyanın mərkəzi ofisi və rayon-şəhər təşkilatları seçki qərargahına çevrilir. Bununla da bağlı seçki qərargahı fəaliyyət göstərir. YAP-ın yerli strukturları, bütövlükdə İdarə Heyəti, Siyasi Şura, rayon təşkilatları da hazırlıq prosesinə cəlb olunur”.  

Mərkəzi Seçki Qərargahının işinə YAP-ın İdarə Heyəti və Siyasi Şurasıının bəzi üzvlərinin cəlb olunmaması  məsələsinə isə Siyavuş Novruzov belə aydınlıq gətirib:  

“Bəzi partiya üzvləri dövlət vəzifəsi daşıdığı üçün onlar təbliğat və təşviqat prosesində iştirak etmək hüququndan məhrumdur, qalan hallarda isə bütün qərarların verilməsi və proseslər İdarə Heyəti ilə birgə həyata keçirilir”.    

Vüsalə Qəzənfərqızı

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi