Braziliyanın San-Paula şəhər polisi üç saat müddətində 17 nəfərin güllələnərək öldürülməsi ilə bağlı araşdırma aparır. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, seriya qətllər avqustun 13-də gecə şəhərin şərqində qeydə alınıb.
Barlardan birinin yaxınlığında maşından düşən şəxslərin atəş açması nəticəsində 10 nəfər ölüb. Daha bir nəfər yenə həmin barın yaxınlığında güllələnib. Həmin ərazidə motosikletdə olan iki nəfər bir kişini də öldürüblər. Qalan 5 nəfər şəhərin digər
rayonlarında qətlə yetiriliblər.
Şahidlərin yerli KİV-lərə verdiyi məlumata görə, qatillər atəş açmazdan əvvəl kimin kriminal keçmişi olduğunu soruşub, sonra bunu etiraf edənləri öldürüblər.
Modern.az