Modern.az

Koalisiya hökumətinin qurulmasına ümid var - DÖVLƏT BAĞÇALI

 Koalisiya hökumətinin qurulmasına ümid var - DÖVLƏT BAĞÇALI

14 Avqust 2015, 23:08

 

Modern.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı açıqlamasında bildirib ki, Türkiyədə koalisiya hökumətinin qurulması üçün az da olsa ümid var: "Hazırkı şərtlər daxilində Türkiyə hökumətsiz buraxılmamalıdır. Gözləntimiz Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) dürüst, heç bir hesab-kitab etmədən, qorxularını aşaraq fikir ayrılığına səbəb olan təkliflərini arxa plana ataraq yenidən bir araya gəlmənin yollarını tapa bilmələridir. Seçkinin təkrarlanmasına müsbət baxmağımız mümkün olmadığı kimi, azlıq hökuməti və ya seçki hökuməti qurulmasına da isti yanaşa bilmərik".

D.Bağçalı vurğulayıb ki, AKP ilə CHP son dəfə bir araya gələrək koalisiya düyününü həll etmələri tarixi zərurət, milli məsuliyyətdir: “Əgər bu olmayacaqsa, belə bir görüşə tərəflər yanaşmayacaqsa, Milliyyətçi Hərəkat Partiyası olaraq avqustun 17-də AKP sədri Əhməd Davudoğlu ilə əvvəlcədən planlaşdırılan görüşü keçirəcəyik. Əgər bizim prinsip və şərtlərimiz qəbul edilərsə, əvvəlcə ölkəm və millətim deyən türk siyasətinin 46 illik nəhəng çinarı Milliyyətçi Hərəkat Partiyası əlini deyil, gövdəsini belə daşın altına qoymağa qərarlıdır. Heç bir şey bitmiş kimi düşünülməməlidir. MHP varsa, hər zaman türk milləti və Türkiyə üçün ümid var". 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama