Modern.az-ın UEFA-nın saytına istinadən xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" (Azərbaycan) - "Yanq Boyz" (İsveçrə) cavab matçının başlama saatı müəyyənləşib.
Bakıda oynanılacaq qarşılaşma avqustun 27-i saat 21:00-da başlayacaq. Qeyd edək ki, bu komandalar arasında ilk görüş avqustun 20-i Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.Modern.az