Modern.az xəbər verir ki, 2015-ci il iyulun 1-nə əhalinin banklardakı əmanətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq 7,7 milyard manata çatıb.
Bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumat deyilir.
Əmanətlərin 71,5 faizini xarici valyutada qoyulmuş əmanətlər təşkil edib. Əmanətlərin 75,5 faizi özəl banklarda yerləşdirilib.
Bankların verdikləri kreditlərə gəlincə, 2015-ci il iyul ayının 1-nə kimi olkənin maliyyə-kredit təskilatları huquqi və fiziki səxslərə 20,3 milyard manat ekvivalenti məbləğində kredit ayırıblar. Verilən kreditlərin həcmi 2014-cu il iyul ayının 1-i ilə muqayisədə 21,1 faiz artıb. Onun 78,1 faizi və ya 15,8 milyard manatı uzunmuddətli olub. Kreditlərin 1,3 milyard manatının yaxud 6,6 faizinin odəmə vaxtı keçib.