Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı şəhərində süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 200 km aralı, nəzarətsiz ərazidə) 1981-ci il təvəllüdlü Əliyev Ramin Əlirza oğlu batıb.
Modern.az xəbər verir ki, dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb.
R.Əliyevin cəsədi batdığı yerdə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:20-də başa çatıb.
Modern.az