Modern.az

Metro istifadəçilərinə XƏBƏRDARLIQ: “Əvvəlki kartların geri qaytarılması müddəti başa çatır”

Metro istifadəçilərinə XƏBƏRDARLIQ: “Əvvəlki kartların geri qaytarılması müddəti başa çatır”

15 Avqust 2015, 10:58


“Əvvəlki metro kartlarının geri qaytarılması (girov dəyərinin geri alınması məqsədilə) və satışı avqustun 15-də saat 24:00-dan etibarən dayandırılacaq”.

Bu haqda Modern.az saytına Bakı Metrosu Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O qeyd edib ki, avqust ayının 31-nə kimi metro kartlarının girov dəyərinin həmin karta yüklənməsi, eləcə də yeni gediş haqqı yüklənməsi əməliyyatları davam edəcək:

“Sentyabrın 1-dən 30-na qədər əvvəlki metro kartlarından, sadəcə balansında olan gediş haqqından istifadə etmək mümkündür. Yəni gediş haqqı yüklənməyəcək, depozit dəyəri geri qaytarılmayacaq. Metro kartının depozit dəyəri və balansı isə sentyabrın 30-na qədər yeni alınan Bakıkarta transfer edilə bilər”.  

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama