Modern.az

Ermənilər Şuşada texnikum inşa edir

Ermənilər Şuşada texnikum inşa edir

Təhsil

15 Avqust 2015, 11:14


Azərbaycanın işğal olunmuş Şuşa şəhərində Ermənistan rəhbərliyi növbəti qanunsuz tikinti işi gerçəkləşdirir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu dəfə Şuşada orta ixtisas texnikumu inşa olunur. Yeznik Mozyan adı verilən texnikum 2 mərtəbəli olacaq və 200-dən artıq tələbə üçün dərslər keçməyə şərait yaradacaq.

Texnikumun sentyabrın əvvəlləri üçün hazır olacağı bildirilir. Texnikumla yanaşı, Şuşada Ermənistan Kənd Təsərrüfatı Akademiyasının filialı da inşa olunur.

Vüqar İsmayılov    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama