Modern.az

Azərbaycana maşın idxalı 2 dəfə azaldı – RƏSMİ

Azərbaycana maşın idxalı 2 dəfə azaldı – RƏSMİ

15 Avqust 2015, 12:14


2015-ci il yanvar-iyul aylarında Azərbaycana 19476 avtonəqliyyat vasitəsi idxal olunub. Ötən ilin eyni dövründə bu göstərici 38338 olub.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir. Hesabata əsasən, 7 ay ərzində idxal edilən maşınların 17345 ədədi avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb.

2014-cü ilin eyni dövründə bu göstərici 34 618 ədəd təşkil edib.

Bundan başqa, hesabat dövründə ölkəyə 1275 yük avtomobili idxal edilib. Bu rəqəm 2014-cü ilin eyni dövründə 3263 ədəd olub.

İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama