Modern.az

Almaniya “Patriot”ları Türkiyədən çıxardı – SƏBƏB

Almaniya “Patriot”ları Türkiyədən çıxardı – SƏBƏB

15 Avqust 2015, 14:05


NATO-nun üzvü olan Almaniya Türkiyə ərazisindəki “Patriot” raketlərini geri qaytarır.

Modern.az saytının verdiyi məlumata görə Almaniya Suriyadan Türkiyəyə bir təhlükə olmaması ehtimalı nəzərə alaraq bu addımı atıb.

Ankaranın NATO-dan tələbi üzrə bu 2012-ci ildə bu ölkədə yerləşdirilən “Patriot” raketlərini Almaniya Kahramanmaraşdan çıxarmağa başlayıb.

17 yük maışını ilə hərbi sursatlar, texnikalar İskenderun limanına gətirilib.

“Patriot”larla yanaşı, 250 alman əsgəri də Türkiyədən geri qayıdacaqlar.

Qeyd edək ki, Hollandiya da ötən il analoji addımı atmışdı. İspaniyanın da bu ilin sonuna qədər eyni qərarı verəcəyi gözlənilir.


Modern.az


Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama