Modern.az

Meyitxanada PARTLAYIŞ: Bir nəfər öldü

Meyitxanada PARTLAYIŞ: Bir nəfər öldü

15 Avqust 2015, 14:15


Avqustun 15-də səhər tezdən Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərindəki meyitxana ərazisində qumbara partlayıb. Modern.az-ın Ukrayna KİV-nə istinadən verdiyi xəbərə görə, partlayış səhər saat 4-ə yaxın qeydə alınıb.

İlkin məlumata görə, meyitxananın girişinə yerləşdirilən “RQD-5” qumbarası partladılıb. Nəticədə 1 nəfər ölüb, xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.  

Məlumatda qeyd edilir ki, ölən və xəsarət alan şəxslər ölənlərin meyitlərinin daşınması ilə məşğul olublar.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama