Modern.az

"Samur" gömrük buraxılış məntəqəsindəki problem aradan qalxıb

"Samur" gömrük buraxılış məntəqəsindəki problem aradan qalxıb

Təhsil

15 Avqust 2015, 20:57

 

Modern.az xəbər verir ki, Azərbaycan-Rusiya sərhədində "Samur" gömrük buraxılış məntəqəsində avtomobillərin Rusiya ərazisinə daxil olması ilə bağlı günortadan yaranan problem aradan qalxmaq üzrədir. Ərazidə olan mənbənin Modern.az-a verdiyi məlumata görə, avtomobillərin tıxacı tam aradan qalxmasa da, sərhəddən buraxılış başlayıb. 

Xatırladaq ki, sərhədin Rusiya hissəsindəki Yaraq-Qazmalar gömrük buraxılış məntəqəsinin kompüter şəbəkəsində texniki problemlər nəticəsində avtomobillərin buraxılması dayandırılmışdı. Nəticədə Samur çayı üzərində yerləşən körpünün neytral hissəsində xeyli avtomobil yığılıb və tıxac yaranıb. Bu isə əhalinin gediş-gəlişində ciddi çətinliklərə səbəb olub. 

Modern.az

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama