Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Moskva şəhərinə gedib. Bu barədə Modern.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Z.Həsənov Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə beynəlxalq hərbi oyunların bağlanış mərasimində iştirak edəcək.