Modern.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, PKK avtomobilini və ya evini kirayə verən polislərin elanlarını izləyir.
Türkiyə Daxili İşlər Nazirliyi məsələ ilə bağlı bütün bölgə polislərinə gizli məktub göndərib.
Əldə edilən məlumatda bildirilir ki, elan vermək istəyən polislər bu addımlarından bir müddətlik geri çəkilsinlər, əks halda PKK-nın tələsinə düşmək təhlükəsi artacaq.
Məktubda qeyd edilir ki, aksiya hazırlığında olan təşkilat mənsublarına qarşı həssas davranmalı, verilən elanlar ləğv edilməlidir.
Modern.az