Modern.az

Rusiya hərbi gəmiləri Azərbaycanı tərk etdi – FOTO

Rusiya hərbi gəmiləri Azərbaycanı tərk etdi – FOTO

Təhsil

16 Avqust 2015, 20:00


Avqustun 13-dən başlanan Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Mahaçqala" və "Volqodonsk" kiçik artilleriya, həmçinin “Anatoliy Qujvin” kiçik hidroqrafiya gəmilərinin Bakıya rəsmi səfəri başa çatıb.

Bu barədə Modern.az Mudafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd edək ki, nümayəndə heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı, Səbail rayon icra hakimiyyəti və Bakı Dəniz Limanının rəhbərliyi ilə görüşlər keçiriblər. Bundan başqa, qonaqlar Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə də tanış olublar.

Gəmilərin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlığı məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşü də baş tutub.


Modern.az

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama