Yunanıstanın Korfu adasındakı həbsxanada cəza çəkən məhbusların yer altında qazdıqları 30 metrəlik yeraltı tuneli it gəzinti zamanı aşkar edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, itin sahibi deyib ki, yer aıtından gələn şübhəli səs-küyü eşidən heyvan əvvəlcə dayanıb, sonra isə hürməyə başlayıb. Bundan əlavə, it bu yerdən uzaqlaşmaq istəməyib. Nəticədə iti gəzdirən kişi polisə zəng vurmaq qərarına gəlib.
Hadisə yerinə gələn xəfiyyələr 30 metrlik tunel aşkar ediblər. O, ağır cinayətlər törətikləri səbəbindən uzunmüddətli və mürlük cəza çəkən məhkumları saxlanıldığı həbsxananın B hissəsindən qazılıbmış. Polislər tunelin içərisində batareyalar və yemək üçün plastik konteynerlər aşkarlayıblar.
Modern.az