Modern.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştin 50 km şimal-şərqində iki qatarın toqquşması nəticəsində təqribən 20 nəfər xəsarət alıb. Bu barədə yerli KİV məlumat yayıb.
İlkin məlumatlara görə, hər iki qatarın sürəti qəza anında 20 km/saat olub. Qatarlardan heç biri relsdən çıxmayıb. Xəsarət alanlar arasında qatarlardan birinin maşinisti də var. İki nəfərin zədəsi ciddidir. Qəzanın səbəbləri araşdırılır. (Report)Modern.az