Modern.az

54 sərnişinlə itən təyyarə tapıldı

 54 sərnişinlə itən təyyarə tapıldı

Təhsil

16 Avqust 2015, 21:52

 

Modern.az xəbər verir ki, İndoneziyaya məxsus, göyərtəsində 54 nəfər sərnişinin olduğu itən  təyyarəsinin qalıqları tapılıb.

İndoneziyada xilasedicilər bir müddət əvvəl yerlə əlaqəsi kəsilən təyyarəsinin qalıqlarını dağlıq ərazidə aşkar ediblər.

Bu barədə yerli KİV-ə ölkənin Nəqliyyat Nazirliyinin nümayəndəsi məlumat verib.

İlkin məlumatlara görə, təyyarə Cayapurdan istiqamət aldığı Oksibil şəhərindən təqribən 25 km aralıda dağa çırpılıb. Ərazi çətin coğrafi mövqeyə malik olduğundan, üstəlik havanın qaralması və hava şəraitinin pis olması səbəbindən və xilasedicilər axtarış-xilasetmə işlərini vaxtından əvvəl dayandırmalı olublar.

Qəzanın baş verdiyi əraziyə getmək üçün ən azı 3-4 saat tələb olunur.

Modern.az

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama