Modern.az

Gömrük Komitəsindən Rusiya sərhdindəki tıxacla bağlı AÇIQLAMA

Gömrük Komitəsindən Rusiya sərhdindəki tıxacla bağlı AÇIQLAMA

Təhsil

17 Avqust 2015, 11:09


Dövlət Gömrük Komitəsi Rusiya ilə sərhəddə yaranan avtomobil sıxlığı ilə bağlı açıqlama yayıb. 

Komitədən Modern.az saytına verilən məlumata görə, son iki gündə Azərbaycanın Rusiya ilə sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük buraxılış məntəqəsindən keçən avtomobillərin Rusiya ərazisinə daxil ola bilməməsi nəticəsində Samur çayı üzərində yerləşən körpünün Rusiya hissəsində avtomobil yığılmış və tıxac yaranıb.   

Azərbaycan-Rusiya sərhədində tıxacın yaranması sərhədin Rusiya hissəsindəki Yaraq-Qazmalar gömrük buraxılış məntəqəsinin kompüter şəbəkəsində baş verən texniki problemlə əlaqədar olub. 

Komitə bildirib ki, hazırda problem aradan qaldırılıb və avtomobillərin Rusiya ərazisinə keçidi tam təmin edilib.

Modern.az  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama