Modern.az

Nizami Xudiyev də seçkidən DANIŞDI: “Hər şeyi zaman göstərəcək”

Nizami Xudiyev də seçkidən DANIŞDI: “Hər şeyi zaman göstərəcək”

17 Avqust 2015, 14:14

“Bu il keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyimi verib-verməmək haqqında hələ ki bir qərara gəlməmişəm. Qərara gələn kimi özüm bu haqda məlumat verəcəyəm. İndi isə heç nə deyə bilmərəm”.

Bunu Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, keçmiş deputat Nizami Xudiyev deyib.  

O bu barədə danışmağın çox tez olduğunu vurğulayıb:

“Mənim deputatlığa namizəd olub-olmamağımın mətbuatda işıqlandırılmasını məqsədə uyğun hesab etmirəm. Hələ vaxta var. Hər şeyi zaman göstərəcək”.

Nizami Xudiyev birinci və ikinci çağırış Milli Məclisin deputatı olub.

Namidə BİNGÖL

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama