Modern.az

BDU müəllimləri Türkiyəyə gedir - FOTO

BDU müəllimləri Türkiyəyə gedir - FOTO

Təhsil

17 Avqust 2015, 14:36

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bir qrup müəllimi BDU və Türkiyə Respublikası Başnazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) anlaşmasına əsasən 17-27 avqust tarixlərində Türkiyə Respublikasında səfərdə olacaqlar.

BDU-dan Modern.az-a verilən məlumata görə, nümayəndə heyətini qəbul edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov bu səfərin fakültə tarixində ilk belə geniş tərkibli səfər olduğuna diqqət çəkərək, onun əhəmiyyətindən bəhs edib. Rektor İstanbul, Bahçaşəhər, Kadır Has, Yeditəpə,  Ankara, Qazi, Başkənd universitetlərinin jurnalistika fakültələrində iş və tədris prosesi ilə əyani tanışlıqların, əldə olanan nəticələrin fakültənin inkişafına təsirsiz ötüşməyəcəyinə əminliyini ifadə edib. Akademik eyni zamanda BDU ilə TİKA arasında əldə olunan razılaşmaya əsasən baş tutan bu səfərdən öncə jurnalistika fakültəsinin tələbə qəbulunda müvəffəqiyyət əldə edərək, uğurlu nəticə göstərmiş 10 tələbəsinin bu ilin fevral ayında Türkiyəyə səfərlərini xatırladıb və qurumla digər əməkdaşlıq layihələrindən danışıb.

Nümayəndə heyətinin  rəhbəri, fakültənin Radio və televiziya kafedrasının müdiri, dosent Aynur Kərimova qəbul və  tövsiyələri üçün rektora təşəkkürünü bildirib.


Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama