Prezident İlham Əliyevin göstərişi ilə Türkiyədən həkimlər dəvət edilib. Habil müəllim prezidentin nəzarətindədir”.
Bunu Modern.az saytına bir neçə gün bundan əvvəl vəziyyəti qəfildən ağırlaşdığından təcili xəstəxanaya yerləşdirilən xalq artisti Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva bildirib. Ağciyər və ürək çatışmazlığından əziyyət çəkən xalq artisti hazırda süni nəfəs aparatına qoşulub. Həyat yoldaşı onun indiki vəziyyəti barəsində bunları əlavə edib:“Hazırda Mərkəzi Klinik Xəstəxanada müalicə alır. 10 gün evdə həkimin göstərişi ilə baxıldıqdan sonra, birdən vəziyyəti pisləşdi və xəstəxanaya qaldırıldı”.
Elmin NURİ