Modern.az

“AXCP-nin qurultayında yeni proqram və nizamnamə qəbul olunacaq”

“AXCP-nin qurultayında yeni proqram və nizamnamə qəbul olunacaq”

Təhsil

17 Avqust 2015, 15:10


“AXCP-nin qurultayının tarixi bəlli deyil. Ancaq qurultayın sentyabr ayında keçirilməsi planlaşdırılır”. Bunu Modern.az saytına AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib.  O, xatırladıb ki, artıq qurultayla bağlı konfranslar keçirilib. Fuad Qəhrəmanlı qurultayda bir sıra məsələlərin həll ediləcəyini də bildirib:

“Qurultayda ilk növbədə partiyanın yeni proqram və nizamnaməsi qəbul olunacaq. Proqramda yeni vəzifələr müəyyən ediləcək, bu, Azərbaycan cəmiyyəti üçün maraq doğuran bir sənədə çevriləcək.

Eyni zamanda, sədr və partiyanın bir çox tərəfdaş strukturlarının seçilməsi məsələsi də müzakirə ediləcək. Bu baxımdan qurultayın AXCP üçün yeni bir mərhələnin başlanğıcı olacağı gözlənilir.

Partiya rəhbərliyinin cəbhəçilər, qurultay nümayəndələri qarşısında hesabat verməsi məsələsinə də baxılacaq”.  

Vüsalə Qəzənfərqızı    

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama