Modern.az

Tibb Universitetinin həkimləri 3 yaşlı uşağın eşitmə qabiliyyətini bərpa etdilər - FOTO

Tibb Universitetinin həkimləri 3 yaşlı uşağın eşitmə qabiliyyətini bərpa etdilər - FOTO

Təhsil

17 Avqust 2015, 15:23


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “koxlear implantasiya” əməliyyatı həyata keçirilib.

ATU-dan Modern.az-a verilən məlumata görə, Tədris Cərrahiyyə Klinikasının Qulaq-burun-boğaz şöbəsinin müdiri, uzman-həkim Yusif Hacıyev və onun komandasının anadangəlmə eşitmə qüsuru olan 3 yaşlı Lətifin üzərində apardığı əməliyyat uğurla nəticələnib.

Yusif Hacıyevin sözlərinə görə, “daxili qulağın protezləşməsi” əməliyyatlarının anadangəlmə, tam eşitmə qabiliyyəti olmayan uşaqların eşitmə qabiliyyətlərini bərpası məqsədilə aparılır. 

Bununla əlaqədar klinikada yüksək ixtisaslı həkimlərdən ibarət böyük bir komanda fəaliyyət göstərir və əməliyyatların uğurlu keçməsi bu komandanın yüksək səviyyəli işinin nəticəsidir: "Bizim klinikada bu cür əməliyyatlar mütəmadi olaraq davam edir. Bu əməliyyat nəticəsində əlil statusunda olan uşaqlar sağlam fərd olaraq cəmiyyətə qazandırılır. Əminəm ki, bu uşaqlar gələcəkdə qarşımıza müəllim, mühəndis, həkim və s. kimi sənət sahələrinə yiyələnmiş vətəndaş olaraq çıxacaqlar".

Qeyd edək ki, eşitməsində anadangəlmə problem olan hər kəs ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edə bilər. Yusif Hacıyev bir daha xatırladır ki, eşitmə qüsuru olan uşaqlarda əməliyyatların 4 yaşa qədər aparılması məsləhətdir. Həmçinin, əvvəllər eşidib-danışan, lakin sonradan bu qabiliyyətini itirən xəstələrə də bu əməliyyatı tətbiq etmək mümkündür.


Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama