Modern.az

Əli İnsanovun məhkəməyə müraciət etmək haqqı var - RƏSMİ AÇIQLAMA

Əli İnsanovun məhkəməyə müraciət etmək haqqı var - RƏSMİ AÇIQLAMA

Təhsil

17 Avqust 2015, 15:43


Ədliyyə Nazirliyi Penitensiar Xidməti sabiq səhiyyə naziri Əli İnsanovun karserə salınması, eyni zamanda qida rasionun azaldılması ilə bağlı İnzibati İqtisad Məhkəməsinə etdiyi müraciətə münasibət bildirib.

Qurumun mətbuat xidmətindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, müvəkkilin və onun vəkilinin hansısa şikayətlə bağlı məhkəməyə müraciət etmək hüququ var: “Bunun hansı səbəbdən baş verməsinə aydınlıq gətirmək üçün cəzanı icra edən orqanın məsələyə münasibət bildirməsi qanunla qadağandır”.

Sabiq nazirin vəkili Toğrul Babayev Modern.az-a Əli İnsanovun İnzibati İqtisad Məhkəməsinə müraciət etdiyini açıqlayıb. Buna səbəb olaraq müvəkkilinin səbəbi bilinmədən 3 gün müddətinə karserə salınması və müəyyən olunan qida ilə təmin olunmamasını əsas göstərib:

“Sabiq nazir heç bir əsas olmadan karserə salınıb və üç gün dözülməz şəraitdə saxlanılıb, ona yetərincə qida verilmir. Buna görə də keçmiş səhiyyə naziri Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasının rəisi Azər Seyidovu məhkəməyə verib”.

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama