“Yayılan informasiyaların heç bir əsası yoxdur”. Bu haqda
Modern.az saytına Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev “Həyat sığortası” ilə bağlı bu gün bəzi KİV-lərdə yayılan xəbərə münasibət bildirərkən deyib. Bank rəsmisi qeyd edib ki, bununla bağlı heç bir banka müraciət ünvanlanmayıb.
İnformasiyada qeyd olunur ki, avqustun 17-i səhər saatlarında “Həyat sığortası” ilə bağlı ölkədə fəaliyyət göstərən banklara məktub ünvanlanıb.
Məktubda banklardan “Həyat sığortası” tətbiq etmək, bununla riskli ödənişləri aradan qaldırmaq tələb olunur.
Gülşən RAUFQIZI