2014-cü ilin aprel ayından Ukraynanın şərqində, Donbasda Rusiyanın dəstəklədiyi separatçılara qarşı döyüşlərdə həlak olanların sayı 6832 nəfərə çatıb.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu, BMT-nin son hesabatında öz əksini tapıb. Sənəddə qeyd edilir ki, 17 min insan xəsarət alıb.
Bu məlumatlar 2015-ci il iyulun 27-dək olan dövrü əhatə edir və orada həm hərbi, həm də mülki vətəndaşların itkisi göstərilir.
Hesabatda qeyd edilir ki, Donetsk və Luqansk vilayətlərindəki münaqişədən zərər çəkən 1,3 milyon insan içməli su təchizatı ilə bağlı əziyyət çəkir.
Modern.az