Modern.az

Baş direktor işçisindən 183 dəfə çox qazanır

Baş direktor işçisindən 183 dəfə çox qazanır

Təhsil

17 Avqust 2015, 16:27


İngiltərənin 100-dən çox şirkətinin baş direktorlarının illik qazanclarının  işçilərinkindən 183 dəfə çox olduğu müəyyən edilib.  

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, gəlir bölgüsünü izləyən düşüncə təşkilatı olan “High Pay Centre” London birjasında işləyən 100 ən böyük şirkətin idarəçilərinin əmək haqlarını araşdırıb.

Nəticədə məlum olub ki, icraçı direktor 2014-cü ildə orta hesabla 4 milyon 964 min sterlinq qazanıb. Bütün günü işləyən işçinin əmək haqqısı isə 27 min 195 sterlinqdir. 2010-cu ildə icraçı direktorun orta hesabla qazancı işçinin maaşından 160 dəfə çox idi.  

Aytən ZƏHRA

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama