Modern.az

15 yaşlı qızı zorlayan Mandelanın nəvəsi tutulub

15 yaşlı qızı zorlayan Mandelanın nəvəsi tutulub

Təhsil

17 Avqust 2015, 17:47


Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandelanın həbs olunub.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o 15 yaşlı qızı zorlamaqda günahlandırılır.

Məlumatda qeyd edilir ki, Mandelanın nəvəsi zərərçəkənə ayaqyolunda hücum edərək orada zorlayıb. Zərərçəkənin atası xəbər tutan kimi polisə müraciət edib. Ancaq keçmiş prezidentin nəvəsinin ailəsi işi qabartmamağa cəhd edib.

Nelson Mandelanın arvadının mühafizəçisi qızın ailəsinin evinə gəlib özünü polis kimi təqdim edərək təcavüzkarı həb etmək üçün heç bir əsas olmadığını bildirib.

“Sadəcə, tanınmış soyada görə onlar cavabdehlikdən yaxa qurtarmaq istəyirlər. Ancaq sanki uşağı götürüb zorlamaq normal deyil. Qız tamamilə gəncdir, o hətta spirtli içki də qəbul etmir”, - zərərçəkənin atası deyib.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama