Modern.az

Bu məsələyə aidiyyatım olmadığına bir Allah şahiddir - CAVİD HÜSEYNOV

 Bu məsələyə aidiyyatım olmadığına bir Allah şahiddir -  CAVİD HÜSEYNOV

Təhsil

17 Avqust 2015, 20:32

Modern.az xəbər verir ki, Vəkil Adəm Məmmədov "Qəbələ" klubunun həbsdə olan sabiq kapitanı Cavid Hüseynovla görüşüb.

Bu barədə report-a vəkilin özü məlumat verib.

Onun sözlərinə görə, Cavid Hüseynov görüşdə saxlanma şəraitindən narazılıq etməyib: "Cavid Hüseynov dedi ki, onun jurnalist Rasim Əliyevin döyülməsi məsələsindən xəbəri olmayıb. O dedi ki, mənim bu məsələyə aidiyyatım olmadığına bir Allah şahiddir. Mən bütün Azərbaycan xalqı qarşısında mühakimə olunmağa hazıram".

Vəkil qeyd edib ki, futbolçu Rasim Əliyev döyüləndən sonra onunla görüşməyindən də danışıb: "O dedi ki, oradakı söhbətlər Rasimin dostunun gözü qarşısında baş verib. Rasimin dostu da gördü ki, mənim bu məsələdən xəbərim yoxdur".

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama