Modern.az xəbər verir ki, ölkədə elektron şəxsiyyət vəsiqələrindən istifadə edənlərin sayı artıb.
Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, elektron şəxsiyyət vəsiqələrinin iyul ayındakı istifadə sayı bəlli olub. Statistikaya əsasən, ötən ay əhali “Elektron hökumət” portalında olan “Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış” xidmətindən 1738 dəfə yararlanıb.
Qeyd edək ki, hər bir vətəndaş portala daxil olaraq “Elektron arayışlar” bölməsində adıçəkilən xidməti seçməklə şəxsiyyət vəsiqəsinin elektron versiyasını əldə edə bilər. Sənədi çap etmək, elektron nüsxəni istənilən şəxsə e-poçt vasitəsi ilə göndərmək mümkündür.