Modern.az

Antiterror əməliyyatları zamanı 800-ə qədər terrorçu məhv edilib

 Antiterror əməliyyatları zamanı 800-ə qədər terrorçu məhv edilib

Təhsil

17 Avqust 2015, 21:22

 

Modern.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə PKK-ya qarşı apardığı son antiterror əməliyyatları zamanı 800-ə qədər terrorçu məhv edilib.  Maraqlıdır ki, Türkiyə ilk dəfə olaraq ancaq özünə məxsus kəşfiyyat məlumatları və hərbi məhsullardan istifadə edərək əməliyyatları həyata keçirib.

 
Təkcə Kandil bölgəsində həyata keçirilən hava əməliyyatları zamanı 400-ə qədər terrorçu öldürülüb, 400-dən çoxu yaralanıb. PKK-nın silah və sursat anbarları, sığınacaqları, anbar və mağaralarından ibarət 190 hədəfi lazerlə idarə olunan raketlərlə vurulub. Ümumilikdə isə hava hücumları zamanı öldürülən terrorçuların sayı 800-ə çatıb.
 
Türkiyə ordusu əməliyyatlarda yerli silahlar, raketlər və vasitələrdən istifadə edib və xüsusilə, yerli pilotsuz uçuş aparatları Şimali İraqdakı PKK düşərgələrinin məhv edilməsində xüsusi rol oynayıb.  Yerli istehsal olan və 2,1 metr qalınlığındakı beton sığınacaqları dəlib keçə bilən NEB raketlərindən ilk dəfə PKK-ya aid sığınacaqların və silah-sursat anbarlarının məhv edilməsi üçün istifadə edilib.
 
PKK-ya həmçinin böyük iqtisadi zərbə vurulub. Kandil bölgəsindəki Zengele düşərgəsində təşkil edilən əməliyyatda terror təşkilatının narkotik maddələr və pul saxlanılan anbarları dağıdılaraq yandırılıb.  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama