Modern.az

ABŞ iştirakı ilə bizə zəmanət verilməlidir - PKK LİDERİ

 ABŞ iştirakı ilə bizə zəmanət verilməlidir -  PKK LİDERİ

Təhsil

17 Avqust 2015, 21:55

 

Modern.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, PKK liderlərindən olan Cemil Bayık “Deyli Teleqraf” qəzetinə açıqlamasında ABŞ ilə danişiqlar apardıqlarını etiraf edərək bildirib ki, ABŞ Türkiyə ilə PKK arasında vasitəçi rolunu oynamalıdır: “ABŞ iştirakı ilə bizə zəmanət verməsələr, atəşkəs razılaşmasına getməyəcəyik”.

PKK komandiri həmçinin təşkilatlarının İŞİD-ə qarşı uğurlu əməliyyatlarının bəzi qüvvələr sərf eləmədiyini bildirib: “PKK qələbələr qazandıqdan sonra beynəlxalq ictimatiyyətin bu təşkilata qarşı fikri dəyişib. Üstəlik Ərdoğan Suriyadakı böhranla bərabər Yaxın Şərqdəki vəziyyəti gərginləşdirir. Əgər ABŞ Türkiyə siyasətini dəstəkləməyə davam edərsə, o zaman kürdləri itirəcək. ABŞ-ın kürdləri itirməsi isə İŞİD-ə qarşı müqavimətin zəifləməsi olacaq”.   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama