“Gecə saat 4-də Türkiyədən həkimlər gəldilər. Habil müəllimi yoxladılar. Saat 12-də Mərkəzi Kliniki Xəstəxanada Mirşahin müəllimin xahişi ilə jurnalistlər üçün mətbuat konfransı keçiriləcək”.
Bunu Modern.az saytına açıqlamasında bir neçə gün bundan əvvəl vəziyyəti qəfildən ağırlaşan və bu səbəblə də təcili xəstəxanaya yerləşdirilən xalq artisti Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva bildirib.Qeyd edək ki, ağciyər və ürəkçatışmazlığından əziyyət çəkən xalq artisti hazırda süni nəfəs aparatına qoşulub.
Elmin NURİ