Modern.az

“AXCP funksionerinin İŞİD-ə dəstək göstərməsi...”

“AXCP funksionerinin İŞİD-ə dəstək göstərməsi...”

Təhsil

18 Avqust 2015, 10:21


“AXCP sədri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimovun “facebook”da İŞİD-ə dəstək statusu yazması bu adamların əsl iç üzünü açıb ortaya qoyur”. Modern.az xəbər verir ki, bunu millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

F.Quliyev bildirib ki, əgər bunların içərisindən belə bir istəklər keçirsə, bu artıq onların mahiyyətidir: "Hesab edirəm ki, Azərbaycan cəmiyyəti belə insanları qəbul etmir və onları siyasi palitradan kifayət qədər sıxışdırıb bir kənara qoyub.”

AXCP adlı qurumda xalq cəbhəsi hərəkatından adın bir hissəsini oğurlamaqdan başqa heç nə qalmayıb: “Mən o təşkilatı təsis edən 64 nəfərdən biriyəm. Amma indi AXCP-də bir nəfər də təsisçi yoxdur, belə ünsürlər orada yığılıblarsa, bu, onların mahiyyətidir”.

O qeyd edib ki, AXCP Milli Şurada təmsil olunmaqla sübut etdi ki, xöşbəxtliklərini başqa dövlətlərin Azərbaycandakı maraqları çərçivəsində axtarırlar: “Hər kəsin şəxsi və qrup maraqları ola bilər. Ancaq dövlət maraqları bunlardan öndə olmalıdır. Bu təşkilatın və liderinin mahiyyəti Azərbaycan əleyhinə iş aparılanda sevinib əl çalmaqdır. Bu cür hallar ictimaiyyət tərəfindən qınanmalıdır".

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...