Modern.az

Rus turistlərinin ən çox getdiyi turistik marşrutlar – Bakı ən BAHALIDIR

Rus turistlərinin ən çox getdiyi turistik marşrutlar – Bakı ən BAHALIDIR

18 Avqust 2015, 10:50


Rusiyanın otellər şəbəkəsini birləşdirən “Oktogo.ru” servisi yerli turistlərin ən çox seçdiyi MDB şəhərlərinin adını müəyyən edib.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, servis avqustun 1-dən 31-nə qədər olan dövrdə rus turistlərin ən çox getdiyi şəhərlərin ilk “10”luğuna Minsk, Tbilisi, Almatı, Kiyev, Yerevan, Bakı, Astana, Kişinyov və Daşkənd şəhərlərinin adını daxil edib.

Səfər üçün ən qənaətcil şəhər kimi MDB ölkələri arasında Qırğızıstanın paytaxtı Bişkek şəhəri seçilib. Şəhərdə rus turistləri sutkada ortalama 1200 rubl vəsait xərcləyiblər. Ən bahalı şəhər isə Bakı seçilib (sutkada 6 min rubl). “Oktogo.ru” servisi Tbilisi (3200 rubl), Almatı (5000 rubl) və Yerevanda (3100 rubl) tələb olunan yaşayış xərclərini də müəyyənləşdirib.  

Vüqar İsmayılov  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama