Modern.az

Tarif Şurası Bakı-Sumqayıt qatarında gediş haqqı ilə bağlı qərar verəcək

Tarif Şurası Bakı-Sumqayıt qatarında gediş haqqı ilə bağlı qərar verəcək

Təhsil

18 Avqust 2015, 11:23


Bakı-Sumqayıt istiqamətində istifadəyə veriləcək sərnişin qatarlarında gediş haqqı ilə bağlı müraciət Tarif Şurasında araşdırılır”. Bunu Modern.az saytına İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev deyib.

O qeyd edib ki, müraciət Tarif Şurasının gündəliyinə salınacaq: “Növbəti kollegiya iclasında müzakirədən sonra müvafiq qərar qəbul olunacaq. Qiymət müəyyənləşəndən sonra ictimaiyyətə məlumat veriləcək”.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Bakı-Sumqayıt qatarında gediş haqqının 50 və ya 70 qəpik ola biləcəyini açıqlayıb.

Bakı-Sumqayıt xəttinə buraxılacaq “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodun məxsus qatarlar  mövcud istiqamətdə sıxlığın aradan qaldırılması üçün nəzərdə tutulub.

Bildirilir ki, sərnişinlərin Bakıdan Sumqayıta çatdırılması cəmi 40 dəqiqəyə başa gələcək.

Gülşən RAUFQIZI

 
Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...