Baş nazir Əhməd Davutoğlu bu gün yerli vaxtla saat 19:30-da prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Davutoğlunun bu görüşdə hökumət qurma vəzifəsini qaytaracağı öyrənilib.
Prezident Tayyib Ərdoğanın isə hökumət qurma vəzifəsini iyunun 7-də keçirilən seçkilərdə Ədalət və İnkişaf Partiyasından (AKP) sonra ən çox səs alan ikinci partiya olan Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğluna verib-verməyəcəyi gözlənilir.
Modern.az