Modern.az

Leyla Yunus tibb məntəqəsinə köçürüldü

Leyla Yunus tibb məntəqəsinə köçürüldü

Təhsil

19 Avqust 2015, 13:22


Almaniyanın «Charite» xəstəxanasının həkimi, professor Kristian Vitt hüquq müdafiəçisi Leyla Yunusu müayinə edəndən sonra o, təcridxananın tibb məntəqəsinə köçürülüb. Leyla Yunus müalicəsini hazırda tibb məntəqəsində davam etdirir.

Bu barədə Modern.az-a vəkil Elçin Qəmbərov məlumat verib.  

Vəkil avqustun 18-də Leya Yunusla görüşdüyünü, onun əhval-ruhiyyəsinin yaxşı olduğunu bildirib Professor Kristian Vitt MTN təcridxanasında Leyla Yunusun əri, politoloq Arif Yunusu da müayinə edib.

Leyla və Arif Yunuslar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.  

Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il yarım, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib.  

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə açılan cinayət işi isə ayrıca icraata verilib.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...