“Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti akademik Tofiq Hacıyevin işdən azad edilməsi haqqında qərar qəbul etməyib. Sadəcə olaraq Tofiq Hacıyevin istefa ərizəsi qəbul edilib”.
Bunu AMEA-nın Rəyasət Heyətinin mətbuat xidmətinin rəhbəri Baba Əliyev Modern.az saytına akademikin elmi qurumun rəsmi saytında hələ ki direktor kimi göstərilməsi faktına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Rəyasət Heyəti Tofiq Hacıyevin işdən azad olunmaması ilə bağlı qərar qəbul etməyib. Onun yerinə kimin direktor keçəcəyi haqqında da hələ heç bir qərar verilməyib:
“Akademiyanın rəsmi saytı yalnız Rəyasət Heyətinin qəbul etdiyi qərara əsasən dəyişiklik edə bilər. Rəyasət Heyəti isə məzuniyyətdə olduğundan hələ ki Tofiq müəllimin işdən çıxarılması ilə bağlı qərar qəbul etməyib”.Elmin NURİ