Avqustun 18-də yerli vaxtla saat 23:40-da Ermənistanın Müdafiə Nazirliyinin hərbi hissələrindən birində insident baş verib. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə 25 yaşlı Aşot Ovannisyana hərbçi yoldaşı atəş açıb.
Nəticədə o, aldığı güllə yarasından ölüb.Bu insidentlə bağlı cinayət işi qaldırılıb.
Modern.az