Modern.az

“Səs Azərbaycan” layihəsi bölgələr arası tura başlayır

“Səs Azərbaycan” layihəsi bölgələr arası tura başlayır

Təhsil

19 Avqust 2015, 15:45


Ölkəmizdə popular olan Türkiyənin “O səs Türkiyə” və Rusiyanın “Səs” şoularından sonra çox gözlənilən an gəlib çatdı – dünyanın məhşur “The Voice” musiqi layihəsi rəsmi olaraq Azərbaycana gəldi. “Səs” Azərbaycan  layihəsi AzTv telekanalında yayımlanacaq!. Qeydyyat turu başlayandan bəri artıq 1500-dən artıq iştirakçı öz ərizələrini www.thevoie.az veb səhifəsində qeydiyyatdan keçirib. Qey edək ki, qeydyyat hələ  davam edir.

Ölkənin ən gözəl səsini tapmaq üçün “Səs Azərbaycan” heyəti  bölgələrə səfər edəcək.  Möhtəşəm tur avqustun 23-dən sentyabrın 1-nə dək davam edəcək. Bu vaxt ərzində 10 şəhərdən 300-dən artıq iştirakçı qeydyyatdan keçirmək planlaşdırılıb. Bu təşəbbüs hansı sa bir səbəbdən saytda onlayn şəkilində ərizə göndərə bilmiyənlər üçün fürsətdir. Sizin şəhər üçün seçilmiş tarixi öyrənin və kastinglərə qoşulmağı unutmayın!

Şəhərlər üçün müəyyən olunmuş tarixlərin siyahısı aşağıdakı kimidir.

23 avqust – Lənkaran

24 avqust – Şırvan

25 avqust – Gəncə

26 avqust – Tovuz

27 avqust – Mingəçevir

28 avqust - Yevlax

29 avqust – Şəki

30 avqust – Qəbələ

31 sentyabr – Quba

1 sentyabr - Sumqait

Əlavə məlumat əldə etmək üçün 012 492 27 27 qaynar xətti də mövcuddur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...